SİYASƏT
A- A A+

Fransanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir

2015-12-04 10:05:11

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransa ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO/İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb.

Görüş əsnasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb.

Harlem Desir Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu həllinin tərəfdarı olduğunu qeyd edərək, ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində olan səylərini alqışladığını qeyd edib. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırladıb.

Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğulayıb. O, həmçinin prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4 000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.(azvision.az)

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1135

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...