MÜSAHİBƏ
A- A A+

Azərbaycan səfiri Fransa portalına müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb

2020-06-24 08:10:32

.

Fransanın “Essentiel-Int” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevlə müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfirin fransız dilində çap edilmiş “Azərbaycan böyük dövlətlər arasında” kitabından, eləcə də Azərbaycanın balanslaşdırılmış xarici siyasətindən, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olmasından, qadınlara səsvermə hüququ verilməsindən geniş bəhs olunub.

Səfir 1918-1920-ci illərdə ermənilərin Azərbaycana ərazi iddiaları ilə başladıqları münaqişənin 1987-1988-ci illərdə yenidən alovlanmasından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupundan danışıb. Bildirib ki, hələ 1918-1920-ci illərdə ölkəmizin ilk müstəqillik dövründə Ermənistanın ölkəmizə qarşı apardığı münaqişə indiki kimi ərazi iddiaları üzərində qurulmuşdur və bu münaqişə ilk müstəqil Azərbaycan Respublikasını iflasa aparan amillərdən olmuşdur. “Azərbaycan böyük dövlətlər arasında” kitabında da göstərilib ki, 1920-ci ildə Qırmızı Ordunun şimal sərhədlərindən ölkəmizə daxil olması erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ, Zəngəzur və Naxçıvan əyalətlərində apardığı hərbi əməliyyatlarla tam koordinasiya şəklində həyata keçirilib. Bu gün Azərbaycan eyni təhlükə və risklərlə üzləşib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məğzi dəyişməyib, ölkəmizin ərazilərinin 20 faizi erməni hərbçiləri tərəfindən işğal olunub. Eyni zamanda, müsahibədə beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamə və qərarlardan söz açılıb. Qeyd edilib ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Beynəlxalq təşkilatların qətnamələrində erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Dağlıq Qarabağ ərazisindən çıxarılması tələbinə Ermənistanın məhəl qoymadığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, işğala, eləcə də etnik təmizləməyə məruz qalmış, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlı olan yeganə ölkədir. “Münaqişənin həllində Fransanın da üzərinə xüsusi məsuliyyət düşür. Avropanın güclü dövlətlərindən olan, BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransadan bu statusuna uyğun fəal səylər gözləyirik. Parisin dünyanın bütün digər ölkələrinə nümayiş etdirdiyi suverenlik, sərhədlərin toxunulmazlığı və insan haqlarına dəstək kimi prinsiplər Azərbaycana və onun vətəndaşlarına da eyni formada tətbiq edilməlidir. İkili standartlar prinsipi qəbuledilməzdir. Artıq 30 ildir ki, azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin hüquqlarının pozulması dözülməzdir. Onların Dağlıq Qarabağda öz doğma evlərinə qayıtmaq hüququna riayət edilməli və bu məsələ Avropa İttifaqındakı tərəfdaşlarımızın, xüsusilə də Minsk qrupunun həmsədri kimi Fransanın diqqət mərkəzində olmalıdır”, - deyə səfir bildirib.

Müsahibədə R.Mustafayev iki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunub, Azərbaycanın müəllifi olduğu böyük layihələrdə fransız şirkətlərin iştirakından söz açıb. Qeyd edib ki, bu gün ümumi vəzifə mövcud əməkdaşlığa iki ölkənin iqtisadi imkanlarına, eləcə də beynəlxalq və regional vəziyyətin tələblərinə cavab verən yeni məzmun verilməlidir.

Müsahibədə Azərbaycan Xalq Cümhuriyyəti, onun demokratik prinsipləri, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında ətraflı məlumat verilib.

Şəhla Ağalarova


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1290

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...