SOSİAL
A- A A+

"Qarabağ qaziləri" birliyi BMT-də qeydiyyata alındı

2020-06-23 09:35:31

.

"Qarabağ qaziləri” ictimai birliyi BMT-nin Sosial İqtisadi Şurasına (ECOSOC) üzvlüyə qeydə alınıb. Təşkilatın quruma üzvlüyü ilə bağlı məsələyə ECOSOC QHT Komitəsinin 19 ölkə təmsilçisindən ibarət növbəti geniş sessiyasında baxılacaq.

Bu barədə QAZİLER.AZ saytına "Qarabağ qaziləri” ictimai birliyin sədri Asəf Əliyev bildirib. O, Qabrabağ qazilərinin müraciətlərinin, onların işğal altındakı ərazilərimizdə törədilən vandalizm aktları ilə bağlı bəyənatlarının, eləcə də sosial-iqtisadi məsələlərdə qazilərin hüquqlarının müdafiəsi, çox minli qazi ordusunun səsinin yüksək tribunalardan eşidilməsi kimi məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsinə ciddi önəm verdiyini bildirib. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının gücləndirilməsində səylərin artırıldığını vurğulayıb.

"Bildiyiniz kimi, "Qarabağ qaziləri” ictimai birliyi (2001-ci ilə qədər Qarabağ Əlillər Cəmiyyəti) əsası 1992-ci ildə qoyulun bir qeyri-hökumət təşkilatıdır. Əsas məqsədimiz Qarabağ müharibəsində sağlamlığını itirən insanların hüquq və mənafelərini qorumaqdır. Onların problemlərinin həllində yaxından iştirak edirik. Bir çox qanunların qəbulunda, fərmanların verilməsində birliyimizin müstəsna xidmətləri var. Azərbaycanın əksər şəhər və rayonlarda təşkilatımızın filialları, dayaqları vardır. "Mirniy Qafqaz” beynəlxalq təşkilatının təsisçilərindən biri bizim təşkilatdır. Düşündük ki, nəhayət BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) üzvlüyə ərizə ilə müraciət edək. Artıq müraciətimiz qəbul edilib. Düşünürəm ki, bu quruma üzvlük həm Azərbaycana, həm də təşkilatımıza böyük fayda verəcək”.

BMT Sosial-İqtisadi Şurası ilə dünyanın 5451 təşkilatı məşvərətçi statusla əməkdaşlıq edir. Onlardan yalnız 134 təşkilat Əsas Məşvərətçi Statusa malikdir. Məşvərətçi Status vətəndaş cəmiyyəti qurumlarına BMT-nin Nyu York, Cenevrə, Vyana, Paris və digər ofislərinin işində məşvərətçi səs hüququ ilə iştirak etmək, bəyanatlar qəbul etmək, qərarların qəbul edilməsinə təsir göstərmək, paralel sessiyalar təşkil etmək, lobbiçilik fəaliyyəti yerinə yetirmək və.s imkanları yaradır. Azərbaycanda ECOSOC-a xüsusi məşvərətçi statusla üzv olan 14 təşkilatdan aktiv fəaliyyət göstərən yalnız bir təşkilatın Əsas Məşvərətçi Statusu vardır.


Kateqoriya : SOSİAL Baxış sayı : 741

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...