MƏDƏNİ
A- A A+

"Arşın mal alan"ın yeni Gülçöhrəsi

2015-12-03 19:50:34

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası yeni quruluşda tamaşaçılara təqdim olundu

Qeyd edək ki, milli operamızın banisi, böyük bəstəkar Ü.Hacıbəyli "Arşın mal alan"ı 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil aldığı dönəmdə qələmə alıb. "Arşın mal alan" musiqili komediyası dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında yer tutan şah əsərlərindən biridir. 
O, bu əsəri operetta səviyyəsində işləyib. Bu operetta Azərbaycan musiqisində yeni mərhələ idi. "Arşın mal alan" musiqili komediyasında XX əsrin əvvəllərindəki Azərbaycan məişəti, milli kökümüzə mənsub olan adət-ənənələr öz əksini tapıb. Süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınan operettanın ilk tamaşası cəmiyyətdə böyük marağa səbəb olub və indiyə qədər də rəğbətlə qarşılanır. 70-dən çox dilə tərcümə edilən  "Arşın mal alan" bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb. 
Dahi bəstəkar operetta yaratmaq zərurəti barədə belə yazırdı: "Musiqinin gücünə inanaraq musiqi vasitəsilə ictimai-məişət qüsurlarını qamçılamaq, Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı-operetta yaratmaq fikrinə sövq etdi". Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş konfransının 36-cı sessiyasında "Arşın Mal Alan" operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilməsi bu əsərin böyük təsir gücünün göstəricisidir.

Bu dəfə "Arşın mal alan" operettasında Gülçöhrə obrazını Xalq artisti, Opera və Balet teatrının solisti Fidan Hacıyeva ifa edib. O, yüksək peşəkarlığı, dərin bacarığı ilə bu obraza yeni nəfəs gətirib. Gülçöhrə olduqca duyğusal, öz arzularına nail olmağa çalışan qətiyyətli bir gənc qızdır. Fidan Hacıyeva bu operettada əvvəllər Asya obrazını canlandırıb. Üzeyir Hacıbəyli Gülçöhrə obrazını soprano üçün nəzərdə tutub. Fidan xanımın səsi mezzo-soprano olmasına baxmayaraq, o, bütün ariyaların öhdəsindən uğurla gəlməyi bacarıb və dinləyicilərə böyük zövq bəxş edib. Fidan Hacıyeva hər zaman  milli və klassik opera tamaşalarında aparıcı partiyaları yüksək peşəkarlıqla ifa edir. Gülüş ("Sevil"), Asya ("Arşın mal alan"), Xanəndə qız ("Koroğlu'), Karmen ("Karmen"), Rozina ("Sevilya bərbəri"), Amneris ("Aida'), Azuçena ("Trubadur") və digərləri.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş bu tamaşa artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır. "Arşın mal alan" tamaşasının digər rollarında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Fərid Əliyev, Yadigar Muradov və başqaları çıxış edirlər.

 Bir gənc musiqişünas kimi bu uğurlu tamaşaya görə Fidan Hacıyevanı, həmçinin mədəniyyətimizə daim xidmət göstərən, ruhu sənət ilə qidalanan digər sənətkarlarımızı alqışlayıram, onlara öz dərin ehtiramımı bildirirəm.

 Aysel KƏRİM 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1135

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...