TƏDQİQATLAR
A- A A+

Amerikalı jurnalist ermənilərin nasizmi və antisemitizmi dəstəkləməsi barədə faktlardan yazıb

2020-06-22 16:00:19

.

“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Bu yaxınlarda dərc olunmuş sənəd Amerika ermənilərinin nasizmi və antisemitizmi dəstəkləməsi barədə faktları ifşa etdi” sərlövhəli məqaləsi çıxıb.

Məqalənin müəllifi yazır ki, ABŞ Konqresinin 1945-ci ildə yazılan və bu yaxınlarda açıqlanan hesabatında daşnaklardan – 1890-cı ildə əsası qoyulan və hazırda Ermənistanda, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ regionunda, həmçinin ABŞ-da və erməni diasporunun olduğu digər ölkələrdə fəaliyyət göstərən ifratmillətçi erməni partiyasının davamçılarından bəhs edilir.

Miçiqandan olan konqresmen Frenk E.Huk tərəfindən təqdim edilən rəsmi sənəddə “Daşnaksutyun” Erməni İnqilabi Federasiyası “çoxillik faşist-terrorçu fəaliyyəti təcrübəsinə malik dəstə” kimi təsvir edilir. Sənəddə o vaxt irqçilik siyasətinə və daşnakların taktikasına qarşı çıxış edən erməni əsilli amerikalılara qarşı törədilmiş şantaj və qətl halları misal çəkilir. N.Qringer yazır ki, Amerikanın Erməni apostol kilsəsinin keşişi, arxiyepiskop Leon Turyan daşnakların ən qatı tənqidçilərindən biri olub. 1933-cü ildə Nyu-Yorkda Milad messası zamanı arxiyepiskop daşnaklar tərəfindən öldürülüb.

Konqresin hesabatının xülasəsi daha çox həyəcan doğurur. Orada göstərilir ki, daşnaklar Adolf Hitlerin ideologiyasını və nasist Almaniyasının antisemit siyasətini hərtərəfli dəstəkləyirdilər. Müəllif qeyd edir ki, daşnakların Bostonda çıxan “Hairenik” qəzetində bu barədə açıq-aşkar yazılıb və Adolf Hitler “bəşəriyyətə hədiyyə” adlandırılıb.

Ermənistanda ən “tanınmış” müharibə qəhrəmanlarından biri olan Qaregin Njde, həm də daşnakların lideri və “Hitleryugend”in (Alman Milli-Sosialist Fəhlə Partiyasının gənclər təşkilatı) nümunəsi olaraq yaradılan və nasistlərin ari üstünlüyü nəzəriyyəsini əks etdirən erməni milli və irqçi ideologiyası olan “seqakronizm”in banisi idi. Nəticə etibarilə, təəccüblü deyil ki, Njde on minlərlə erməni əsgərindən ibarət olan və Krım, Qafqaz, Polşa və Fransada nasist döyüşlərində iştirak edən vermaxtın erməni legionuna rəhbərlik edirdi. Onlar, həmçinin yəhudilərin sürgün edilməsini dəstəkləyir, nasistlərə yəhudiləri əsir düşərgələrinə göndərməkdə yardım edir, həm də müqavimət hərəkatı döyüşçülərinə qarşı mübarizədə iştirak edirdilər.

Njdenin cinayətkarlığına bilərəkdən göz yuman Ermənistan onu açıq şəkildə “milli qəhrəman” kimi şöhrətləndirməkdə davam edir. 2016-cı ildə Ermənistan hökuməti nasistlərin bu müttəfiqinə Yerevanın mərkəzində abidə ucaldıb. Ermənistanın paytaxtında bir meydana və Yerevan metrosunun bir stansiyasına bu daşnakın adı verilib və Ermənistan məktəblərində erməni uşaqlarına onun irsini öyrədirlər.

Nurit Qringer qeyd edir ki, bu illər ərzində daşnaklar o qədər də dəyişməyiblər. Antisemitizm Ermənistanda, həmçinin dünya ölkələrində mövcud olan erməni icmalarında geniş yayılan problemdir. Yəhudilərə münasibətdə antisemitizmə və dözülməzliyin digər formalarına qarşı çıxış edən Amerika yəhudi qeyri-hökumət ictimai-siyasi hüquq müdafiə təşkilatının – Antidiffamasiya Liqasının “Qlobal indeks 100” tədqiqatının nəticələrinə dair hesabatda qeyd edilir ki, ermənilərin əksəriyyəti dərin antisemit əhval-ruhiyyədədir ki, bu saya görə də ermənilər Avropada antisemit millət hesab olunur. 2018-ci ildə Pyu Tədqiqatlar Mərkəzinin apardığı sorğuların gedişində ermənilərin 32 faizi yəhudiləri Ermənistan vətəndaşı qismində qəbul etmədiklərini bildirib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 890

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...