QHT və MEDİA
A- A A+

Cenevrədə multikulturalizmə aid kitabın təqdimat mərasimi keçirilib

2015-12-03 09:25:34

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Cenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” adlı kitabın təqdimat mərasimi olub.

Toplantıda Şura üzvü Dilarə Vəliyeva, Şura Katibliyinin məsləhətçisi İlqar Dadaşov, Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin Azərbaycandakı keçmiş səfiri Alan Qidetti, İsveçrənin Gürcüstandakı keçmiş səfiri Lorenzo Amberg, digər diplomatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin direktor müavini Daniyel Varner tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Cənab Varner layihəni dəstəklədiyinə görə Şuraya təşəkkürünü bildirib və qeyd edib ki, müxtəlif regionlarda yerləşən Azərbaycan və İsveçrə dövlətləri multikulturalizm və dünyəviliyin qorunub saxlanılması baxımından ortaq dəyərlərə malikdir.

Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə və etnoslara mənsub olan şəxslərin əsrlər boyu sülh şəhərində yaşadığını, multikulturalizmin qorunmasının dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

A. Məmmdov konkret faktlarla Azərbaycanda milli və dini azlıqların hüquq və azadlıqlarının qorunması üçün dövlət səviyyəsində atılan addımlar, habelə multikulturalizmin hüquqi aspektləri haqqında ətraflı məlumat verib: “Son vaxtlar dünyada multikulturalizm ənənələrinin qorunmasına qarşı təhdidlərin artdığı bir vaxtda, Azərbaycanda müxtəlif xalqların birgəyaşayışı nümunəvi model kimi öyrənilə bilər”.

Kitabın İsveçrəyə həsr olunan bölməsini Friburq Universitetinin (İsveçrə) əməkdaşı Nikolas Şmit təqdim edib. N. Şmit İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərin tarixi haqqında danışıb və bu məsələdə federalizm ənənələrinin rolunu xüsusi qeyd edib. İsveçrəli alim təəssüflə bildirib ki, Avropada miqrantlara və dominant olan millətlərə mənsub olmayan şəxslərə qarşı artan fobiya onun ölkəsinə də mənfi təsirini göstərməyə başlayıb. 

Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Filip Lefort həm Azərbaycanda, həm də İsveçrədə multikulturalizm və dünyəviliyin qorunub saxlanılmasını yüksək qiymətləndirib.

Təqdimat mərasimi iki ölkə arasında multikultralizm dəyərlərinin təbliği sahəsində əməkdaşlığın prespektivlərinin müzakirəsi ilə davam etdirilib.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1347

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...