2020-06-13 08:05:08 | AKTUAL
Gənc əsgərlər koronavirusa görə ciddi yoxlamadan keçiriləcək

.

“Şəxsi heyətin koronavirusa yoluxması ehtimalının qarşısını almaq üçün ordu sıralarına yeni daxil olan bütün əsgərlər bir-bir ciddi yoxlanacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

O hesab edir ki, Azərbaycan Ordusunda yoluxma halının olmaması, çağırışçıların və xidmətdə olan şəxsi heyətin təhlükəsizliyinin qorunması üçün belə yoxlama vacibdir:

“Çağırışçılar üçün pandemiya dövründə karantin rejimi olacaq. Azərbaycan Siahlı Qüvvələrində yoluxmanın qarşısını almaq üçün onlar ciddi yoxlanılacaq. Çağırışçılar vətən qarşısında öz borclarını ödəməyə hər zaman hazır olmalıdırlar. Yəni pandemiya buna mane olmamalıdır”.

Deputat qeyd edib ki, pandemiya dövrünə baxmayaraq gənclərin xidmət keçmək istəyi böyükdür:

“Bu gün Azərbaycan gəncləri hər an vətən uğrunda döyüşlərə hazırdırlar”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Baxış sayı : 660
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21