MƏDƏNİ
A- A A+

"Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü"

2015-12-02 09:35:57

Bakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İtaliya musiqisinin dialoqu təqdim edilib

Azərbaycanın "Muğam Trio" qrupu və İtaliyanı "TA.MA. Trio" folklor musiqi qrupu "Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü" adlı ənənəvi İtaliya və Azərbaycan musiqi konserti ilə çıxış ediblər.

"JTI" (Japan Tobacco International) şirkəti, Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən musiqi gecəsini mədəniyyət və incəsənət sahəsinin görkəmli nümayəndələri, İtaliyanın Azərbaycandakı səfiri və diplomatik korpusun nümayəndələri, habelə tanınmış muğam ifaçıları və Azərbaycan və İtaliya musiqisinin çoxsaylı pərəstişkarları izləyiblər.

Tədbirin açılışında çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) qonaqları salamlayaraq, İtaliya-Azərbaycan mədəniyyəti, ənənələrinin musiqidə necə öz əksini tapdığı barədə qısa çıxış edib. O, tədbirin bu ilin son 3 ayında sayca üçüncü olduğunu qeyd edib və incəsənət sahəsində bu cür dostluq, səmimi əməkdaşlığa görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, musiqili gecə ümumilikdə 14-ə yaxın Azərbaycan və İtaliyan milli folklor mahnıları səslənib. "Muğam Trio" qrupunda xanəndələr Kamilə Nəbiyeva, Ehtiram Hüseynov, tarzən Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov çıxış ediblər. "TA.MA. Trio" folklor musiqi qrupunda isə vokalist və qaval ifaçıları Nando Citarella, Mauro Palmas, Gabriella Aiello ifa ediblər.

Konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya Assosiasiyasının mədəniyyət üzrə əlaqələndiricisi, bəstəkar Stefani Muscaritolo və Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefano Muscaritolo və Catia Castagnaya məxsusdur. Konsert böyük anşlaqla keçib. 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 926

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...