MÜSAHİBƏ
A- A A+

Ruslan Məmmədov: Onların sağlamlıq durumu bizim davamlı olaraq diqqətimizdədir

2020-06-11 12:10:20

Fact-info.az-ın əməkdaşı Bakı Sağlamlıq Mərkəzində çalışan, şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru. Ruslan Məmmədovla söhbət edib. İndi həmin söhbətin bəzi məqamlarını təqdim edirik

-Təbii ki, bu gün hamını daha çox COVID-19 virusu düşündürür. Ümumiyyətlə, bu gün xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?

-2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə də yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb, karantin rejimi tətbiq olunub, bu dövr ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirilib. Bu dövr ərzində tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur.

- Bəs. bu virusu necə dayandırmaq olar?

-Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər. Əlavə olaraq, kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər davamlı olaraq davam etdirilməlidir. Bir sözlə hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri birmənalı şəkildə əməl etməliyik. Əməl etməliyik ki, virusun yayılma dairəsi daha da daralsın.

-Azərbaycanda dünyanın bir çox regionları ilə müqayisədə virusa yoluxma halları çox deyil. Bu Azərbaycan insanlnda genetik və imunitet faktoru ilə bağlı ola bilərmi?

-Ola bilər. Ümumiyyətlə, türkdilli dövlətlər ərazisində bu virus o qədər geniş yayılmayıb.

-Siz müxtəlif vaxtlarda ölkəmizdə transplantasiya sahəsində xeyli sayda uğurlu əməliyyatlar həyata keçirmisiniz. Hazırda bütün dünyanını bürüyən COVID-19 virusundan qorumaq üçün həmin xəstələrlə əlaqələr saxlayırsınızmı?

-Təbii ki, biz əməliyyat etdiyimiz hər bir xəstə ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Transplantasiya əməliyyatı keçirmiş xəstələr üçün COVİD-19 daha böyük risk təşkil edir. Bu xəstələr daimi olaraq immunosupressiv müalicə aldıqları üçün COVİD-19 infeksiyasına daha həssasdırlar. Onların sağlamlıq durumu bizim davamlı olaraq diqqətimizdədir. Çünki belə əməliyyatlar keçirən xəstələrin daim həkim nəzarətində olması çox zəruridir.

-Əməliyyat olunmuş xəstələr risk qrupuna aid edilirmi?

-Təbii ki, onlar risk qrupuna daxildir. Bizim tibbi heyət həmin xəstələrimizin hətta evdə olduqları zaman diqqətdə saxlayaraq lazımı məsləhətlərini, tövsiyələrini verirlər. Bəzi xəstələrimiz tətbiq olunan karantin şəraitinə görə, xəstəxanaya mütəmadi olaraq gələ bilmirlər. Zərurət yarandığı halda biz bu insanlarla telefon vasitəsilə əlaqə qurub təlimatlandırırıq. Onu deyim ki, karantin dövründə də bizə müraciət edən xeyli sayda xəstəni əməliyyat etdik. Bunların içərisində yaşlı qrupa daxil olan xəstələrimizdə olub. Çox sevindirici haldır ki, hazırda əməliyyatdan sonra onlar özlərini nörmal hiss edirlər.

-Ümumiyyətlə, Azərbaycanda transplantasiya sahəsində əhəmiyyətli dəyişiklər etmək üçün nəyi etmək bu gün zəruridir?

-Azərbaycanda transplantasiya sahəsində əhəmiyyətli dəyişiklər baş verməkdədir. Bizim əməliyyat etdiyimiz xeyli sayda xəstəyə yeni həyat bəxş olundu. Dünya statistikasına nəzər salsaq görərik ki, bizim nəticələrimiz bu sahədə qabaqcıl ölkələrin nəticələrindən geri qalmır. Lakin transplantasiya sahəsində əhəmiyyətli dəyişiklər üçün hüquqi mexanizmlər təkmilləşməlidir. Yaxın gələcəkdə meyitdən orqan nəqli üçün yeni qanunun qəbulu gözlənilir. Düşünürəm ki, meyitdən orqan köçürülməsi yalnız hüquqi cəhətdən tənzimlənməlidir.

-Bəs, bu vaxta qədər Azərbaycanda niyə belə bir qanun qəbul edilməyib?

-Yəqin qəbul olunar. Düşünürəm belə qanunun qəbulu bu sahədə mühüm dəyişikliyə təkan verəcək. Biz də fəaliyyətimizi genişlndirərək insanlarımızın sağlamlığının hər zaman keşiyində dururuq.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1460

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...