MÜSAHİBƏ
A- A A+

Ceyhun Ələkbərov: “Ermənilər hələ də Azərbaycanın Avropadakı nüfuzunun fərqində deyil”

2015-12-02 09:25:39

"Avropa ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən Ermənistanın lehinə yararlanmağa çalışmalıyıq".

Belə bir açıqlama ilə erməni politoloqu Hrant Məlik-Şahnazaryan çıxış edib.

Erməni politoloqu bildirib ki, qurumun yanvar sessiyasında dinlənilməsi planlaşdırılan iki "antierməni" məruzənin qarşısına çıxarmaq üçün Ermənistan ciddi vasitələr tapmalıdır:"Yanvar sessiyasında iki antierməni məruzə müzakirə olunan zaman AŞPA-dakı Ermənistan nümayəndə heyəti Avropa ilə Azərbaycan arasında bu gün yaşanan gərginlikləri gündəmə gətirməklə və Azərbaycandakı problemlər barədə yüksək səslə bəyan etməklə duruma əks-təsir göstərə bilər". Erməni ideoloqu onu da xüsusi olaraq qeyd edir ki, sessiyada Azərbaycana qarşı böyük "müzakirə dalğası" yaradılarsa, sözügedən "antierməni" məruzələr qəbul olunmaya bilər.

Erməni politoloqu Azərbaycan haqqında yalanlar yağdırmaq kimi çağırışları ilə erməni xislətini artıq çəkinmədən gözlər önünə sərməş olur. Bütün bunlar isə dolayısı ilə ermənilərin əslində situasiyanın fərqində olduğu və yanvar sessiyasının onlara yaxşı heç nə vəd etmədiyinin etirafı kimi də qəbul oluna bilər. 

Erməni təxribatının qarşısını almaq üçün nə etmək lazımdır?

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qhtxeber.az-a məsələ ilə bağlı açıqlama verib.

QHT sədri bildirib ki, ermənilər hələ də Azərbaycanın Avropadakı nüfuzunun fərqində deyil: “ Ermənilər bizə qarşı yenə hansısa “silah” axtarışındadır. “Əsassız və sübutsuz olaraq “Avropa ilə Azərbaycan münasibətlərinin pisləşməsi bizim xeyrimizə ola bilər” deyə çıxış edib diqqət çəkməyə çalışan erməni politoloq Hrant Məlik-Şahnazaryan AŞPA-nın yanvar sessiyasında anti-erməni məruzəçilərinə qarşı faktsız vasitələr axtarır. Hər kiçik məsələdən öz mənfəətinə yararlanmaq istəyən erməni politoloq hesablaya bilmir ki, artıq yavaş-yavaş bütün dünya ermənilərin Azərbaycana qarşı olan və bu gün də davam edən hərbi işğalçılıq təcavüzlərini faktlarla tanımağa başlayıb. Erməni politoloq doğrudan da Ermənistanı düşünən vətəndaşdırsa o zaman AŞPA sessiyasında ölkəsində aylardır davam edən hakimiyyət əleyhinə olan insidentləri və bu qarşıdurmada xalqa edilən zülmləri işıqlandırsın. Çünki vəziyyət olduğu kimi davam etsə nə politoloq, nə də digələri Avropadan heç bir halda öz lehinə qərarlar əldə edə bilməyəcəklər”.

Onun sözlərinə görə, Ermənistanın dünyanın bir çox ölkələrində işğalçı və terror donoru kimi tanınır: “Məhz bu səbəblərə görə ermənilərin heç bir məsələdə qazanc şansları yoxdur. Maraqlıdır, tarixi Azərbaycan torpaqlarını hərbi yolla işğal edən və bu gün də işğalçılıq siyasətini davam etdirən, eyni zamanda işğal etdikləri torpaqları terror və narko-ticarət tranziti edən, Azərbaycan mədəniyyətinə, təbiətinə, iqtisadiyyatına milyonlarla ziyan vuran, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününə səbəb olan, Azərbaycanın qədim tarixini silməyə çalışan ermənilər indi nə deyib AŞPA sessiyalarında özlərinə haqq qazandırmaq fikrindədirlər?. Düşünürəm bu “qərib” qonşumuz “anti-azərbaycan” mövqedən çıxış etməzdən öncə öz vəziyyətlərinə baxsın. Çünki Azərbaycanın Avropada haqlı nüfuzu, AŞPA sessiayalarında isə deməyə haqq sözü var”.(qhtxeber)


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1326

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...