MƏDƏNİ
A- A A+

Əcnəbi media Azərbaycan tarixinin və mədəniyyətinin təbliği layihəsi həyata keçiriləcək

2020-06-09 10:05:39

Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi Şəhrizad Süleyman və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Bayan” qəzetinin redaktoru, tanınmış jurnalist Marvat Əbdulkərim ərəb dünyasında Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliği üzrə maraqlı layihə həyata keçirəcəklər

Ş. Süleyman AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində Qafqazın incisi sayılan, füsunkar təbiətə malik əsrarəngiz gözəlliklər diyarı olan Azərbaycanın qədim tarixi, əsrlərə meydan oxuyan abidələri, türbələri, dini məbədləri, möhtəşəm qalaları, zəngin mədəni irs nümunələri, milli adət-ənənələri, ləziz mətbəxi, habelə dahi şəxsiyyətləri, elm xadimləri haqqında silsilə məqalələr dərc olunacaq. Ərəb oxucusuna qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayələri də təqdim ediləcək.

“Biz oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edəcək, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın məhz Azərbaycanda yarandığı diqqətə çatdıracağıq. Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim abidələri, yaşı minilliklərlə ölçülən yaşayış məskənləri, mədəniyyət mərkəzləri ilə diqqəti cəlb edir. Bu kontekstdə Azərbaycanın paytaxtı Bakı şəhəri, həmçinin qədim Azərbaycan tarixinin rəmzləri - milli memarlığımızın unikal nümunələri olan Qız qalası, İçərişəhər, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi haqqında məqalələr dərc ediləcək. Bundan əlavə, ərəb oxucular Şərq memarlığının inciləri olan Qarabağlar, Möminə Xatun, Şahxəndan, Şeyx Dursun, Yusif ibn Küseyir, Nuh peyğəmbər türbələrinin tarixi və orijinal memarlıq üslubları ilə yaxından tanış olacaqlar”, deyə o əlavə edib.

Ş. Süleyman qeyd edib ki, sözügedən layihə çərçivəsində Qarabağ həqiqətlərinə mükəmməl tarixi-hüquqi yanaşma sərgilənəcək. “Əzəli yurd yerlərimizin qədim tarixi, işğal altında qalan torpaqlarımızdakı maddi-mədəni sərvətlərin erməni vandalları tərəfindən dağılıb-talan edilməsi tarixi, xronoloji faktlarla oxucuların diqqətinə çatdırılacaq. Bundan əlavə, Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçalarından, Qarabağ, Şirvan, Qazax xalçaçılıq məktəbindən bəhs edən məqalələrin dərc olunması nəzərdə tutulur”, - deyə Əbu-Dabi Universitetinin müəllimi vurğulayıb.

Onun sözlərinə görə, ərəb oxuculara Şərqin böyük alim və mütəfəkkirləri Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Ağ Şəmsəddin, Mir Mövsüm Nəvvab, Qütbəddin Şirazi, Qətran Təbrizi, Əkmələddin Naxçivani, Yəhya Təbrizi, Fəthullah Şirvani, İbrahim Gülşəninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 400

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...