SOSİAL
A- A A+

Brüsseldə keçirilən beynəlxalq simpoziumda Azərbaycanın tolerantlıq modelindən bəhs edilib

2015-12-02 09:10:06

“Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Avropa məkanında uzun əsrlik dini və milli qarşılıqlı hörmətə əsaslanan Azərbaycan tolerantlıq modelini təbliğ etməkdir.

Simpoziumda Azərbaycandan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev iştirak ediblər.

Tədbirdə Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froynes konfransın aktuallığından danışarkən qeyd edib ki, qəbul edilən beynəlxalq konvensiya və hüquqi normaların işləmə mexanizmlərində ciddi problemlər mövcuddur. Məhz buna görə də hazırda Avropa məkanı ciddi sınaqlarla üz-üzədir. Belə müzakirələr Avropanın bu sınaqlardan uğurla çıxması və yeni modellərin axtarışı üçün xüsusi rol oynayır.

Simpoziumda çıxış edən komitə sədrinin müavini Səyyad Salahlı Azərbaycanda formalaşmış və mövcud olmuş tolerantlıq ənənələrindən, müxtəlif dinlərin və millətlərin ölkəmizdə dinc yanaşı yaşamasından, Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyindən, həmçinin dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin mövcud tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.

Milli Məclisin deputatı Sahibə Qafarova isə Azərbaycanda tolerantlığın möhkəmlənməsi və radikal meyillərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən və bu istiqamətdəki fəaliyyətdən söz açıb.

Simpoziumun sonunda Azərbaycanda tolerantlığı əks etdirən kitablar səfir Torbyorn Froynesə və digər iştirakçılara təqdim olunub.

Tədbir işini panellərlə davam etdirib. Birinci paneldə Avropanın müxtəlif ölkələrindən gəlmiş ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənc fəallar müasir Avropanın üzləşdiyi islamofobiya, milli, dini, irqi ayrı-seçkilik məsələlərini və bu problemlərdən çıxış yollarını müzakirə ediblər.

İkinci panel isə Avropanın bəzi ölkələri ilə Azərbaycanın tolerantlıq modelinin əyani müqayisəsi üzərində qurulub. Bolqarıstanın baş müftisi Mustafa Hacı və Yunanıstanın Ksanti bölgəsinin müftisi Ahmet Mete Avropada müsəlman azlığının üzləşdiyi ciddi problemlərdən danışıblar.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Avropadan fərqli olaraq yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə üzləşmədiklərini, müsəlmanlar və digər dinlərin nümayəndələrinin əsrlər boyu qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev isə Azərbaycanda xristianlığın qədim tarixindən danışaraq bu gün mövcud olan pravoslav kilsələrinin məhz azərbaycanlı müsəlmanlar tərəfindən tikilib bərpa edildiyini və bunun dünyada nadir hallardan biri olduğunu qeyd edib. Simpoziumun yekununda Azərbaycanın nadir tolerantlıq modelinin digər ölkələrdə də tətbiqinin mümkünlüyü və zəruriliyi qeyd olunub


Kateqoriya : SOSİAL Baxış sayı : 821

QHT və MEDİA

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...