QHT və MEDİA
A- A A+

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab çap olunacaq

2020-06-06 10:20:15

.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Emin Arif Şıxəliyevi “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı Daşkənddə özbək və rus dillərində çap olunacaq.

Kitabı artıq Şahistə Kamranlı özbək dilinə çevirib və əsərin rus dilinə tərcüməsi üzərində iş gedir.

Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin dünyanın aparıcı güc mərkəzi olan Böyük Britaniyanın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla ermənilər üçün külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatın təmin edilməsindən bəhs olunur. Müəllif Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ingilislərin ermənilərlə əməkdaşlığı Azərbaycanın bir çox bölgəsində minlərlə insanın qətlə yetirilməsinə səbəb olub.

Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kontekstində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güclənən ermənilər tərəfindən gerçəkləşdirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında təhlil edilir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər İngiltərənin arxiv materiallarına əsaslanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 309

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...