QHT və MEDİA
A- A A+

Ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərilir

2020-06-05 16:35:29

.

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sahədə gündən - günə daha böyük yüksəlişlərə nail olan Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilib. Ötən 17 il ərzində ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin yürüdülməsi, qeyri - neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Bölgələrin tarazlı və davamlı inkişafına xidmət edən dövlət proqramlarının uğurlu icrası yeni iş yerlərinin açılmasına, infrastrukturun yeniləşdirilməsinə, sahibkarlığın inkişafına böyük imkanlar açmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulundan sonra regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə təminatının, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Əhalinin sosial təminatı, yerli əhəmiyyətli yolların təmiri və bərpası sahəsində böyük irəliləyişlər əldə edilmişdir. Regional inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır.

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir. Ölkə başçısının bölgələrə hər bir səfəri isə mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olur.

Cənab Prezindentin iyunun 3 - də Tərtər rayonuna səfəri də bu baxımdan mühüm önəm daşıyır. Bu səfər çərçivəsində Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti rayon filialının açılışı, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun və 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi bir daha göstərir ki, dövlətimizin başçısı son 17 ildə respublikamızda milli - mənəvi dəyərlərin qorunması ilə bərabər, sosial - iqtisadi sahələrin inkişafını da daim diqqət mərkəzində saxlayır. Cənab Prezidentin Tərtər Olimpiya İdman Kompleksinin açılışında xüsusən Ermənistanın terror dövləti olduğunu, bu ölkədə hakimiyyətin faşist mahiyyətinin dəyişməz olaraq qaldığını, cinayətkar rejimin bütün milli azlıqları əzdiyini diqqətə çatdırması isə bir daha özlərini tarixən "məzlum", "soyqırıma məruz qalan" millət kimi təqdim etməyə çalışan ermənilərin necə dağıdıcı və faşist xislətinə malik olduğunu faktlarla sübut etmiş oldu. Tarixi faktlara istinad etsək görərik ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat - istintaq yolları ilə tam şəkildə sübut olunub.

Azərbaycan hakimiyyəti illərdir erməni şovinist millətçilərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin, dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Əsl həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olan Azərbaycan tərəfi Ermənistandan və erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı maliyyə, ərazi və başqa dividendlər güdmür. Azərbaycanın məqsədi tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək erməni vəhşilikləri barədə əsil həqiqətlərin dünyaya çatdırılmasına, bunlara beynəlxalq müstəvidə siyasi - hüquqi qiymətin verilməsinə nail olmaqdır. Çünki bu gün erməni tərəfinin Azərbaycanın Dağhq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gücü ilə parçalanmasını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin öz müqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir. Əksinə, çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar ölkədir və Azərbaycanın 20% ərazisini məhz bu ölkənin silahlı qüvvələri işğal etmişdir. Biz əgər beynəlxalq təşkilatların rəylərinə nəzər salsaq görəcəyik ki, misal üçün Human Rights Watch beynəlxalq təşkilatınm 1994-cü ildə hazırladığı "Dağlıq Qarabağda münaqişənin yeddi ili" adlı məruzəsində göstərilir ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğunu sübuta yetirir.

Məruzədə çoxsaylı müşahidələr və sübutlar əsasında nəticə çıxarılır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində olması hüquqi nöqteyi-nəzərdən bu ölkəni münaqişə tərəfi edir. Artıq danılmaz faktdır ki, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, öz növbəsində, müasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur.

Anar Məmmədov

Milli Məclisin deputatı .


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 350

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...