SİYASƏT
A- A A+

Azərbaycanın terrorçu ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır

2020-06-05 09:40:04

.

Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi bir sıra mühüm strategi istiqamətlər üzrə olduqca əhəmiyyətli idi. Bu nitq tarixi yaddaşımızın yenilənməsi baxımından vacib əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, tarixi yaddaş milli yadaşımızın əsas komponentidir və tarixi yaddaşı yarımçıq olan xalqın milli yaddaşı da bütöv olmur. Onun sözlərinə görə, bu gün Azərbaycanın ərazisi ilə bərabər xalqımızn əsrlərboyu yaratdığı maddi və mədəni abidələrimiz də, etnoqrafik dəyərlərimiz də işğal altına düşüb və işğalçı Ermənistan tərəfindən özünküləşdirilir. O zaman bu məsələnin bir daha nə qədər əhəmiyyətli olduğu ortaya çıxır. Ancaq məsələ bununla da bitmir.

"Ermənistan bizə aid olan mədəniyyəti dünyaya öz mədəniyyəti kimi təqdim etməklə həm tarixi saxdalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siasətinə bəraət qazandırmağa çalışır. Beləliklə, tarixə münasibətdə də əsl terrorçu kimi davranır", - deyə deputat əlavə edib.

Terror ideologiyası əsasında formalaşan Ermənistan bu gün də ənənələrinə sadiq qalaraq regionda bir dövlət kimi deyil, terror təşkilatı kimi davranır. Bu amil də dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, işğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatları zamanı aciz qalan Ermənistanın dinc əhalini və kəndlərimizi hədəfə alması bir daha ermənilərin terrorist kimliyindən xəbər verir. Digər tərəfdən, son illər ərzində Ermənistanın terroristlər və cinayətkar ünsürlər tərəfindən idarə olunması da diqqətdən kənarda qalmamalıdır. Bu, açıq-aşkar bir faktdır.

H.Babaoğlu bildirib ki, Ermənistanı idarə edən, Azərbaycana qarşı soyqırımı həyata keçirən bir işğalçı prezidentin həbsdə olması, digərinin hərəkət imkanlarının məhdudlaşdırılması, birinin özü və babasının faşist olması, faşist Qaragin Nijdeyə heykəl ucaldılması, generallarının oğru olması - bu ölkədə bütün sahələrdə əsl terror mənəviyyatının hökm sürdüyündən xəbər verir. Ancaq bununla belə bəzi beynəlxaq havadarların bu ölkəni açıq və gizli şəkildə müdafiə etməsi dünyada olan ikili standartların bariz nümunəsidir. Belə olan halda Azərbaycanın necə məkrli, terrorçu ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır.

"Bu, bizim daha güclü olmamızı, tariximizi, beynəlxalq hüququ daha dərindən öyrənməmizi zəruri edir. Nəzərə almaq lazımdır ki, qədim Azərbaycan şəhəri olan İrəvanın Ermənistana paytaxt kimi verilməsi qədər böyük bir səhvə bir daha yol verməmək üçün tarixi və hüquqi biliklərimiz kifayət qədər zəngin olmalı, diplomatik, hərbi, siyasi baxımdan güclü olmalıyıq. Azərbaycan Prezidenti məhz bu məslələrə diqqət çəkərək bildirdi ki, münaqişənin bir həll yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur", - deyə deputat qeyd edib.

Hikmət Babaoğlu deyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz inkişaf edirik, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Bu gün hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən fikirləri milli çağırış kimi dəyərləndirməli, onun reallaşması üçün əlimizdən gələni etməliyik".


Kateqoriya : SİYASƏT Baxış sayı : 245

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...