CƏMİYYƏT
A- A A+

Ekoloji təhlükəsizlik siyasəti

2020-06-04 18:35:30

Akif RÜSTƏMOV

BDU-nun professoru

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekoloji təhlükəsizlik - insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yarada biləcəyi təhlükələrdən qorunmasının təmin edilməsidir.

Keçən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ekoloji təhlükəsizliyin qayğısına qaldı və bu sahəni ölkənin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirdi. 1999-cu ildə qəbul olunmuş "Ekoloji təhlükəsizlik haqqında" qanunun 2-ci maddəsində qanunun təsir dairəsi və məqsədi belə izah edilir: İnsan həyatını və sağlamlığını, cəmiyyət, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən, atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.

Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir.

Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, ekoloji təhlükəsizliyin təmin olunması üçün müvafiq strukturlar qarşısında aşağıdakı məsələlərin yerinə yetirilməsi qarşıya məqsəd qoyulub:

- Təhlükəli ekoloji vəziyyətin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;

- Ekoloji təhlükəsizlikə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək;

- Ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;

- Ekoloji təhlükəsizlikə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s.

Ölkəmizdə ekoloji vəziyyətin saflaşdırılması ekoloji təhlükəsizlik siyasətinin istiqamətidir. Hər bir dövlət, o cümlədən, Azərbaycan ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Ekologiya ilə bağlı qəbul olunmuş qərarlar, bir sıra normativ aktlar belə deməyə əsas verir.

Hazırkı dövrdə dövlətin ekoloji siyasətin mahiyyətini geniş oxucu kütləsinə çatdırmaqda mətbuatın rolu böyükdür. Qəzetlər ekologiyaya dair problemləri səhifəyə çıxarır, onların aradan qaldırılması yollarını göstərirlər. Məsələn,"Xalq qəzeti"ndə dərc olunmuş (2016, 8 oktyabr) "Bu təbiət bizimdir, qədrini bilək, qoruyaq" sərlövhəli məqalə ətraf mühitin mühafizəsinin əhəmiyyəti, insanların sağlamlığının qorunması məsələləri ön plana çəkilir. Məqalədə Azərbaycan ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadəni əsas istiqamətləri kimi götürür.

Azərbaycanda son illər ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülür. Görülən işlərin səmərəliliyi öz müsbət nəticəsini verməkdədir. Bununla yanaşı, ekoloji təhlükəsizlik sahəsində Azərbaycanda ciddi narahatlıq doğuran məsələlər - Abşeron yarımadasının çirklənmiş ərazilərinin təmizlənməsi, Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi, şirin su ehtiyatlarının qorunması və səmərəli istifadəsidir. Təəssüf ki, bəzi işbazlar obyekt tikmək üçün şəhərdəki ağaclara qənim kəsiliblər, ağacları qurutmaq üçün dibinə kislata tökür, ya da yerli-dibli kəsirlər.

2010-cu ildə ölkəmizdə "Ekologiya ili" elan olunması bu sahəyə münasibəti xeyli dəyişdi. Bakıda və bölgələrdə xeyli ağac əkildi və yeni parklar salındı.

Hazırda Azərbaycanı narahat edən işğal olunmuş ərazilərdəki ekoloji vəziyyətdir. Burada flora və faunaya bilərəkdən vurulan zərərlər ekoloji terrordur. 2007-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nın "Ekoloji problemlər" bölməsində işğal olunmuş ərazilərdə yaranmış ekoloji vəziyyətin ciddiliyi göstərilir: Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanı kütləvi şəkildə məhv edilməsi, o cümlədən, bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir. Törədilən yanğınlar nəticəsində 63 min 414 hektar ərazi yandırılmış və torpaqlardan istifadə imkanları heçə endirilmişdir.

Ermənistanın işğalçı siyasətinin nəticəsində Azərbaycanın təbiəti üçün xarakterik olan yüzillik ağaclar, təbii mağaralar, mədəni park nümunələri məhv edilir. Zəngilan rayonunun 107 hektar ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinar ağaclairı İran mebel fabriklərinə satılıb. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılıb. Bir xeyli çinar ağacı kökündən çıxarılaraq Göyçə (Savan) gölünün sahillərinə və İrəvan şəhərinin ətrafına köçürülüb.

İşğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarından ermənilər bizə qarşı ekoloji təzyiq kimi istifadə edirlər. Qeyd edək ki, bu anbar 100 min hektardan artıq əkin sahəsini suvarılmasına hesablanıb. 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) faktlaşdırıcısı missiyası ölkəmizdə olub və Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞ PA tərəfindən 2016-cı ilin 26 yanvar tarixində 2085 saylı qətnamə qəbul edib. Qəbul olunmuş qətnaməyə əsasən, humanitar problem nəzərə alınaraq Assambleya Ermənistan hakimiyyətini işğal olunmuş ərazidən silahlı qüvvələrin dərhal çıxarılmasını vacib bilib.

Mənfur qonşumuzun törətdiyi ekoloji terrorun nəticəsində Sərsəng su anbarında balıqların kütləvi qırılması baş vermişdi. Bu barədə qarabağlı erməni jurnalist Ermənistanda nəşr olunan "Lrager" qəzetində məlumat dərc edib.

Azərbaycanın şirin su ehtiyatlarının qorunması ekoloji təhlükəsizlik siyasətinin əsas istiqamətlərindəndir. Kür çayı ölkə ərazisinin əsas içməli su mənbəyidir. Kür çayına, o cümlədən, Araz cayına çirkli suların axıdılması suyun keyfiyyətinə mənfi təsir göstərir, ciddi təhlükəli problem yaradır.

Bədnam qonşumuzun ekoloji terror siyasətini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Ekoloji Qayğı İctimai Birliyi" monitorinq keçirib və apardığı tədqiqatların nəticələri barədə dünyanın bütün ekoloji təşkilatlarına "Ermənistan, ekoloji terroru dayandır!" başlıqlı müraciət göndərib.

Mütəxəssislər qeyd edirlər ki, Ermənistan ölkəmizə qarşı həyata keçirdiyi su terrorunu iki istiqamətdə aparır:

1. Mənbəyi Ermənistan ordusunun nəzarətində olan çaylarda su axınının qarşısının alınması, çaylara mina və partlamamış sursat axıdılması;

2. Ermənistandan və işğal olunmuş ərazilərdən keçən təbii su mənbələrinin kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirklənməyə məruz qalması.

Ermənistanın ekoloji terroru ilə bağlı düşmənin öz yazılarına diqqət yetirmək kifayətdir. Bu yazıların çoxu saytlarda yayımlanır. Məsələn, Arsen Ambarsumyan adlı müəllif "armyanskaya pravda.ru" saytında yazır ki, Ermənistan mənbəyini bu ölkənin ərazisindən götürən çayların qarşısını kəsməklə Azərbaycanda su qıtlığı yarada bilər. O, hətta belə hesab edir ki, ermənilərin indiyədək bu üsula əl atmaması təəccüblüdür.

Təəssüf ki, beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün ciddi tədbirlər görmək əvəzinə susurlar.

Beynəlxalq və milli təhlükəsizliyin tərkib hissəsi olan ekoloji təhlükəsizlik qlobal geosiyasi məsələdir. Bu təhlükəsizlik bir ölkəyə aid deyil, dünyanın bütün dövlətlərinə aid olan vacib və qlobal məsələdir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 257

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...