SOSİAL
A- A A+

Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq”

2020-06-03 08:55:13

.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun tarixində təsdiq etdiyi İnzibati Xətalar Məcəlləsindəki yeni dəyişikliklərə əsasən bu gündən etibarən xüsusi karantin rejimində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq ediləcək. Bununla bağlı vətəndaşlardan qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının tələblərinə əməl etmələrini xahiş edirəm”.

Bu barədə millət vəkili Azay Quliyev sosial şəbəkə hesabında yazıb.

Azay Quliyev bildirib ki, fərdi qoruyucu vasitələrdən müəyyən edilmiş yerlərdə istifadə etmək hər bir Azərbaycan vətəndaşının vəzifəsi və eyni zamanda sosial məsuliyyətidir: “İctimai nəqliyyatda, qapalı iaşə və ticarət obyektlərində, istehsalat yerlərində, dayanacaqlarda, bankomatların önündə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə dövlətin pandemiyanın yayılmasına qarşı apardığı mübarizəyə hər birimiz fərd olaraq dəstək olmalı və beləliklə, həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq. Bildiyimiz kimi, pandemiya dövründə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Keçən müddət ərzində Azərbaycan polisi infeksiyaya yoluxma riskinin yüksək olmasına baxmayaraq (bir çox hallarda yoluxaraq), vətəndaşlarımızın sağlamlığının qorunması üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu istiqamətdə əsl fədakarlıq nümayiş etdiribdir. Biz hamımız bundan sonra da polisin xidməti vəzifəsinin yerinə yetirməsinə köməklik göstərməli, onun qaydalara əməl etmək tələbinə anlayış və hörmətlə yanaşmalıyıq. Belə çətin və həssas məqamda məsuliyyətli olmaq əvəzinə polisin qanuni tələbələrini rədd etmək və ona müqavimət göstərmək qətiyyən yolverilməzdir.

Mən inanıram ki, hər biriniz ölümcül virusla mübarizədə həmrəylik nümayiş etdirəcək, məsuliyyətli davranışınız və fərdi qoruyucu vasitələrdən istifadə etməyinizlə bu bəladan tezliklə xilas olmağımıza töhfə verəcəksiniz. Bu gün xalqın sağlamlığının qorunması və pandemiyanın kütləvi yayılmaması Sizin əlinizdədir. Bu çətin və məsuliyyətli mübarizədə hamınıza səbr, mətanət və şəxsi fədakarlıq arzulayıram”.


Kateqoriya : SOSİAL Baxış sayı : 178

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...