MƏDƏNİ
A- A A+

"Unudulmayanlar" layihəsi görkəmli muğam ustadına həsr olunub

2020-06-02 09:35:53

.

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində keçirilən növbəti onlayn mühazirə Xalq artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr olunub.

Mühazirədə musiqişünas, professor Nailə Rəhimbəyli izləyicilərə sənətkar haqqında geniş məlumat verib.

Bildirib ki, Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun özünəməxsus yeri vardır. Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakı şəhərində anadan olub. Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun qramvalını əldə edən Hacıbaba Hüseynov, onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb.

Qeyd olunub ki, o, güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.

Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim kimi çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirib.

Qeyd edilib ki, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Xanəndənin 100 illik yubileyi Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 156

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...