QHT və MEDİA
A- A A+

“La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

2020-06-02 07:55:01

.

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun işğal olunmuş ərazilərin azad edilməsinə dair bəyanatı ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə nazirin bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1994-cü illər müharibəsi dövründə işğal edilmiş ərazilərin geri qaytarılması üçün Azərbaycanın Müdafiə Nazirliyinin güc tətbiq etməyə hazır olduğu qeyd edilir. Qəzetdə Z.Həsənovun bu sözləri sitat gətirilir: “Ermənistanla yalnız güc dili ilə danışmaq mümkündür və bu iki ölkə arasında növbəti qarşıdurma düşmənin tamamilə darmadağın edilməsi ilə nəticələnəcək”.

“Bizim görəcəyimiz tədbirlər 2015, 2016 və 2018-ci illərlə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq”, - deyə regionda son gərgin vəziyyətə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Məqalədə Azərbaycanda ötən həftə keçirilmiş genişmiqyaslı hərbi təlimlərin Müdafiə naziri tərəfindən yüksək qiymətləndirildiyi, Ermənistan tərəfindən isə mühakimə edildiyi qeyd olunur.

“La Vanguardia” diqqəti 1980-ci illərin sonlarında Ermənistan və Azərbaycan arasında başlanmış Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağın, həmçinin “təhlükəsizlik zolağı” adlandırılan geniş ərazinin işğal edilməsinə yönəldib. Məqalədə, həmçinin işğal olunmuş ərazilərin BMT-nin qətnamələrinə müvafiq qaydada azad edilməsini Azərbaycanın münaqişənin həllində əsas şərt kimi irəli sürməsi vurğulanıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 153

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...