TƏDQİQATLAR
A- A A+

Polşanın “Historia” nəşrində Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub

2020-06-01 19:10:47

.

Polşanın nüfuzlu “Historia” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasəti və bunun Ermənistan-Azərbaycan münaqişəsinə təsirinə dair məqaləsi dərc olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə ilk olaraq Rusiya imperiyasının XIX əsrdə erməniləri Cənubi Qafqaza köçürmə siyasətinin əsas məqamları nəzərdən keçirilir. Həmçinin regionda baş vermiş demoqrafik dəyişikliyin XX əsrdə Ermənistan ilə Azərbaycan arasında gərginləşən münaqişəyə təsiri təhlil edilir.

Müəllif bildirir ki, XIX əsrin əvvəllərində Qacarlar və Osmanlı imperiyaları ilə sərhəddə yerləşən Cənubi Qafqaz Rusiya üçün vacib strateji əhəmiyyət daşıyırdı. Buna görə də Rusiya imperiyası ermənilərin regiona köçürülməsi barədə qərar qəbul edir. Fərid Şəfiyev qeyd edir ki, ilk köçürmə 1828-ci ildə 16 mart-11 iyun tarixləri arasında baş tutub. Bu zaman 40 min erməni Qafqaza köçürülüb.

Köçürmənin ikinci dalğası isə 1829-cu ildə həyata keçirilib. Bildirilir ki, XIX əsrdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürmə kampaniyaları Cənubi Qafqazda radikal dəyişikliklərə səbəb olub. Bundan isə daha çox azərbaycanlılar əziyyət çəkiblər. Belə ki, onların əraziləri ilə yanaşı, iqtisadi və sosial inkişafı məhz imperialist ideyaları naminə üstünlüyü ermənilərə verən Rusiya tərəfindən idarə olunub.

Müəllif köçürülmə siyasəti ilə etnik-ərazi münaqişələri arasında bağlılığı qeyd edərək yazır ki, qeyri-bərabər demoqrafik dəyişiklik Bakı kimi böyük şəhərlərdə də sabitliyin pozulmasına səbəb olub və 1905-1906-cı illərdə etniklərarası qanlı toqquşmalar baş verib. “Demoqrafik vəziyyət, yəni, yaşadıqları ərazilərdə say üstünlüyü etnik qrupları həmin torpaqlara iddia etməyə həvəsləndirib”,- deyə müəllif vurğulayıb.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 244

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...