SOSİAL
A- A A+

Paşinyan beynəlxalq silah qaçaqmalçılığında iştirak edib

2020-06-01 09:45:02

Ermənistan Rusiyadan aldığı silahları üçüncü ölkəyə satır və ölkə beynəlxalq silah ticarətində qara bazarda iştirak edir.

Fact-info.az Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisysanın kürəkəni, Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Yalanın sonu” adlı videomüraciətində bildirib.

Onun sözlərinə görə, mayın 23-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəhbəri, baş nazir Nikol Paşinyanın hazırkı müşaviri general Arşak Karapetyan Rusiya Müdafiə Nazirliyində vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün gizli şəkildə Rusiyaya göndərilib.

M.Minasyan ölkəsinin təhlükəsizlik məsələlərini nəzərə alaraq tam açıq danışa bilmədiyini və diqqətli olacağını qeyd edib.

“Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah və sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu Federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”, – deyə keçmiş səfir bildirib.

O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib: “Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsi ilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir. 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər”.

Keçmiş səfirin sözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya Nikol Paşinyan istisna olmaqla bu mafiozları cəzalandırmaq qərarına gəlib.

Belə ki, rəsmi Moskva David Qalstyanı arzuedilməz şəxs (“persona non-qrata”) elan edib və ona 10 il ərzində Rusiyaya girməyi qadağan olunub. David Qalstyanın Rusiya Federasiyası ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır.


Kateqoriya : SOSİAL Baxış sayı : 131

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...